Liviya müxalifəti NATO dan narazıdır

Liviya müxalifəti NATO dan narazıdır

6 Aprel 2011 18:03
Bəyəndim (0) Bəyənmədim (0)
Misrata əhalisi yox olmaq ərəfəsindədir


Liviya inqilabçılarının müvəqqəti hökuməti - Liviya Milli Şurası NATO-nun Qəddafi qüvvələrinə qarşı əməliyyatlarını ləng adlandırıb. Üsyançıların hərbi rəhbəri general Əbdel Fəttah Yunes həmçinin hava hücumlarına qoşula bilməməklərindən gileyləndi. Bir zamanlar Qəddafi hökumətində Daxili İşlər Naziri vəzifəsində çalışmış general alyansın etimadları doğrultmadığını bildirdi.

Dünən Benqazi şəhərində keçirilmiş mətbuat konfransında Yunes NATO-nu açıq-aydın səriştəsizlikdə ittiham etdi. O dedi: "alyans gözləmə mövqeyini davam etdirərsə, Misrata şəhəri əhalisi ilə birlikdə xəritədən silinəcək. Bunun da məsuliyyəti həmin ölkələrin üstünə düşəcək".

Generalın ittihamına cavab ləngimədi. "Радио Свобода"-nın son məlumatına görə, NATO nümayəndəsi Karmen Romero Misrata şəhərinin dinc əhalisinin müdafiə olunması üçün əllərindən gələcəyini edəcəklərini bəyan edib. Fransa Xarici İşlər Naziri Alen Jüppe isə yaranmış vəziyyəti yolverilməz adlandıraraq, bu barədə NATO rəhbəri ilə danışacağını bildirib.

O.M.