Rusiyada silah anbarında yanğın baş verib

Rusiyada silah anbarında yanğın baş verib

3 İyun 2011 13:02
Bəyəndim (0) Bəyənmədim (0)

3 iyun 2011-ci il tarixində Bakı vaxtı ilə saat 00:10 radələrində Rusiyanın qərbində yerləşən Udmurtiya Respublikasında silah anbarında yanğın baş verib. Yanğın anbar ərazisində xeyli sayda partlayışa səbəb olub. Hadisə Malopurginski rayonunun Puqaçevo yaşayış məntəqəsi yaxınlığında yerləşən ölkənin Müdafiə Nazirliyinə məxsus anbarda qeydə alınıb. İlkin məlumata əsasən, 30 nəfər xəsarət alıb. Onlardan 9-u xəstəxanaya yerləşdirilib, alov onikimərtəbəli yaşayış binasını külə döndərib. Təhlükəsizlik tədbirləri çərçivəsində, təxminən, 28 min nəfərin təxliyəsi həyata keçirilib, ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yanğının başvermə səbəbi və ümumi sahəsi barədə məlumat verilmir. Yanğınsöndürmə işlərinə azı 100 yanğınsöndürən, 40 ədəd texnika, o cümlədən aviasiya qüvvələri cəlb edilib. Hadisə ilə bağlı müvafiq tədbirlər görülür, araşdırma aparılır.

Silah anbarındakı silahlar bu dəfə yaxınlıqdakı hədəfi seçdilər, yəni başqa canlar qurtuldu...

Günel Həbib

O.M.