Sabirabadda zəncirvari yol-nəqliyyat hadisəsi

Sabirabadda zəncirvari yol-nəqliyyat hadisəsi

3 İyun 2011 12:46
703
Bəyəndim (0) Bəyənmədim (0)

Sabirabad rayonu ərazisində zəncirvari yol nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Şıxsalahlı kənd sakini Səməd Məmmədovun idarə etdiyi "VAZ-21061" markalı və Sumqayıt şəhər sakini Emin Ələsgərovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuş, sonradan S.Məmmədov idarəetməni itirərək avtomaşınını İmişli şəhər sakini Yadigar Həsənovun idarə etdiyi "Toyota Prado" markalı avtomaşına çırpmışdır. Nəticədə S. Məmmədov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

İdarəetməni itirmək, hərdən həyatı da itirməyə səbəb olur.

Tofiq Əliyev

O.M.