Bu il 110 min 423 abituriyent qəbul imtahanlarında iştirak edəcək

Bu il 110 min 423 abituriyent qəbul imtahanlarında iştirak edəcək

3 İyun 2011 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bu il ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 110 min 423 nəfər sənəd verib. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, onların 66 min 128-i bu ilin məzunlarıdır. Bu isə ümumi sənəd verənlərin 57 faizini təşkil edir. TQDK sədri deyib ki, builki məzunların sayı ötən illə müqayisədə 2 faiz artıb.

M. Abbaszadə onu da bildirib ki, abituriyentlərin 99 min 190-nın Azərbaycan, 11 min 233-nün isə rus bölməsi üzrə sənəd verdiklərini açıqlayıb. O, qeyd edib ki, birinci ixtisas qrupuna 34 min 988, ikinci ixtisas qrupuna 27 min 68, üçüncü ixtisas qrupuna 32 min 859, dördüncü ixtisas qrupuna isə 15 min 508 nəfər sənəd verib.

M. Abbaszadə onu da deyib ki, sənədlərin təsdiqlənməsi üçün ayrılan vaxt bir gün artırılsa da, 2900 abituriyent sənədlərini təsdiq etdirə bilməyiblər. Aparılan araşdırmalardan sonra bəlli olub ki, sənədlərini təsdiq etdirə bilməyənlərdən 2190-ı əvvəlki illərin oğlan məzunlarıdır. Onların hərbi qulluqdan möhlətləri olmadığı üçün ərizələrini təsdiqlədə bilməyiblər. Ərizələrini təsdiqlədə bilməyənlərin arasında 296 nəfər bu ilin oğlan, 743 isə əvvəlki illərin qız məzunlarıdır. M. Abbaszadə qeyd edib ki, onların ərizələrini təsdiqlədə bilməmələrinin səbəbi bəlli deyil.

Kimi savad nümayiş etdirəcək, kimi də bəxtini sınayacaq.

Tofiq Əliyev

O.M.