"Metsamor"da stress-testlər keçiriləcək

"Metsamor"da stress-testlər keçiriləcək

3 İyun 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)

Nüvə təhlükəsizliyin tənzimlənməsi üzrə Ermənistan Dövlət Komitəsinin sədri Aşot Martirosyan erməni mətbuatına verdiyi açıqlamada bildirib ki, gələn ay Ermənistanın "Metsamor" atom elektrik stansiyasında beynəlxalq ekspertlərin iştirakı ilə stress-testlər keçiriləcək. Stress-test nəticəsində əldə edilmiş nəticələr cari ilin sonuna kimi Avropa İttifaqı ekspertlərinin müzakirəsinə veriləcək. Planlaşdırılan testlərdə MAQATE ekspertləri də iştirak edəcəklər.

MAQATE nəzdindəki OSART (Operational Safety Review Team) komissiyasının "Metsamor" AES-də bir qədər öncə apardığı yoxlamanın yekun nəticələri üç aydan sonra açıqlanacaq. Komissiyanın rəhbəri Qabor Vamos deyib ki, hazırda yalnız texniki qeydlər hazırdır. AES-in təhlükəsizliyə dair yekun hesabat üzərində iş gedir və ümumi rəy avqust-sentyabr aylarında elan olunacaq.

Ermənistanda AES... Bu barıt çəlləyində oturub siqaret çəkməyə bənzəyir.

Tofiq Əliyev

O.M.