Dövlət qulluğuna qəbulla bağlı yaş senzi tətbiq olunacaq

Dövlət qulluğuna qəbulla bağlı yaş senzi tətbiq olunacaq

3 İyun 2011 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Dövlət Komissiyasının hüquq sektorunun müdiri Vüqar Əsgərov açıqlamasında bildirib ki, ölkədə dövlət qulluğuna qəbulla bağlı yaş senzi tətbiq olunacaq: "İndiyə qədər dövlət qulluğuna qəbul üçün qanunvericilikdə yaş senzi nəzərdə tutulmayıb. Dövlət qulluğunda yuxarı yaş senzinin 65 yaş müəyyən olunmasından sonra dövlət qulluğuna qəbulda da yaş senzi tətbiq olunacaq və bu yaş senzi 65 yaşa kimi müəyyənləşəcək".

V. Əsgərov həmçinin bildirib ki, dövlət qulluqçularının yaş senzi ilə bağlı Milli Məclis qərar qəbul etsə də, hələlik bu, təsdiq olunmadığından komissiyada bu yöndə hər hansı iş görülmür. Sektor müdirinin sözlərinə görə, yaş senzinin tətbiqindən sonra dövlət qulluğunda vakansiyaların sayı çoxalacaq: "Bu da gənclərin dövlət qulluğuna qəbul olmaq imkanlarını genişləndirəcək və stimul yaradacaq".

Ağıl yaşda deyil, başda olsa da. Hərdən yaşlaşanda baş da öz funksiyasını itirir.

Tofiq Əliyev

O.M.