40 min dollar otelin damından havaya uçdu

40 min dollar otelin damından havaya uçdu

2 İyun 2011 18:26
999
Bəyəndim (0) Bəyənmədim (0)
Göydən pul yağdığını görənlər küçələrə axın etdilər

Braziliyanın "Record" tele-kanalı bir serialın tanıtımı üçün göydən pul yağdırdı. Həftənin beş günü yayımlanan "Vidas em Jogo"ya (Təhlükəli həyatlar) diqqəti artırmaq istəyən kanal tanıtım üçün əlini cibinə saldı. Reklam müdiri Tomas Neves serialın baş rol ifaçısının lotereya oyunundan 125 min dollar udduğunu və bu pulun 40 min dollarını havaya atmaq istədiklərini vurğuladı. "Record" bu yolla daha 30 % izləyicini ətrafına toplamağı planlaşdırır.

190 milyonluq əhalisi olan Braziliyada yayımlanan seriallar hər gün 60 milyon insanı ekrana kilidləyir. Ölkənin ən nəhəng tele-kanalları olan "Record" və "Globo" izlənmə rekordlarını darmadağın etmək üçün ciddi rəqabət aparırlar.


Günel Həbib