2 yaşlı qızını samuray bıçağı ilə girov götürdü

2 yaşlı qızını samuray bıçağı ilə girov götürdü

2 İyun 2011 15:27
Bəyəndim (0) Bəyənmədim (0)

"Daily Mail" qəzetində yer alan xəbərə görə, Çinin Yunan bölgəsində meydana gələn hadisədə, 34 yaşlı Zhang Gangın idarə etdiyi və içərisində yoldaşı Lu və 2 yaşlı qızı Mayın olduğu avtomobil qarşı istiqamətdən gələn başqa bir avtomobilə dəyib. Ölən və yaralananların olmadığı qəzada yalnız maddi ziyan meydana gəlib. Qarşıdan gələn avtomobilin sürücüsünə sığorta və fərdi məlumatlarını verməkdən yayınan Gang, sürətlə hadisə yerindən uzaqlaşıb. Polis təxminən 15 dəqiqə qaçmağı bacaran dəli sürücünü Yongren bazarı yaxınlığında küncə sıxışdırıb. Tutulduğunu başa düşən Gang arxa kresloda oturan 2 yaşlı öz qızı Mayı samuray bıçağı ilə girov götürüb. Polisin yolu açmasını istəyən Gang bu istəyinin yerinə yetirilməməsi vəziyyətində isə qızını samuray bıçağı ilə öldürməklə təhdid edib.

Avtomobilin ətrafını bürüyən digər polislər vicdansız sürücünün sürətlə üzərinə şığıyaraq onu təsirsiz hala gətirməyi bacarıblar.

Can şirin şeydir. Amma bu qədər də yox...

Tofiq Əliyev

O.M.