Növbəti imtahanların nəticələri açıqlanıb

Növbəti imtahanların nəticələri açıqlanıb

2 İyun 2011 12:57
Bəyəndim (0) Bəyənmədim (0)


Səhiyyə Nazirliyi yoluxucu xəstəliklər və stomatologiya ixtisasları üzrə səhiyyə mütəxəssislərinin sertifikasiyası prosesinin növbəti imtahanlarının nəticələrini açıqlayıb. İmtahanlarda 99 həkim iştirak edib. Onlardan 88 nəfəri müsbət nəticələr toplayıb. 1 həkim 100 bal toplayaraq ən yüksək nəticəni göstərib. 11 nəfər isə imtahandan keçə bilməyib.

Növbəti test imtahanları iyunun 8-də endikrinologiya və məhkəmə tibbi ekspertizası üzrə keçiriləcək. Qeyd edək ki, səhiyyə mütəxəssisləri üçün iyul ayında keçiriləcək fizioterapiya, pediatriya, mikrobiologiya, şüa diaqnostikası, kardiologiya, revmatologiya, nevrologiya və mamalıq-ginekologiya ixtisasları üzrə əsas test imtahanlarından öncə iyun ayında sınaq test imtahanları keçiriləcək. Sınaq test imtahanları iyunun 3, 6, 10, 13, 17, 20, 24 və 27-də Səhiyyə Nazirliyinin Elmi-Tibbi Kitabxanasının binasında baş tutacaq.

Səhiyyə işçilərinin "analizlərinin" cavabı açıqlanıb.

Tofiq Əliyev

O.M.