"Sonuncu" filminin təqdimat mərasimi keçiriləcək

"Sonuncu" filminin təqdimat mərasimi keçiriləcək

2 İyun 2011 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Yaxın günlərdə Azərbaycan Dövlət Film Fondunda rejissor Teymur Daiminin "Sonuncu" bədii filminin təqdimatı keçiriləcək. "Butafilm" studiyasında çəkilmiş yeni ekran əsərinin prodüseri Əli İsa Cabbarov, icraçı prodüseri Vidadi Rüstəmovdur. Rəssamlar Teymur Daimi, Fərhad Babayev və Nicat Cəfərovdur.

Rollarda Aleksandr Hakimov, Rəna Əhədzadə, Basat Qorçu, Fərizə Babayeva, Tatyana İvanayeva çəkilmişlər.
Film dünyanın sonu haqqında roman yazaraq məşhurlaşan, sonradan özü gözlənilmədən yazdığı dünyaya düşən yazıçıdan bəhs edir.

Kaş "Sonuncu" filmi sonuncu filmlərimizdən maraqlı olsun...

Könül Aypara

O.M.