Orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsinə başlanılıb

Orta məktəblərdə buraxılış imtahanlarının keçirilməsinə başlanılıb

2 İyun 2011 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk imtahan bu gün Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Laçın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilir. 11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım çəkəcək.

İmtahanlar iyun 4-də Sumqayıt şəhəri, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları, iyunun 7-də Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Qobustan, Şəki, Zaqatala, Balakən, Lerik və Yardımlı rayonları, iyunun 10-da Gəncə, Mingəçevir və Naftalan şəhərləri, Ağsu, Ağdaş, Göyçay, Samux, Daşkəsən, Goranboy, Göygöl, Xocavənd və Tərtər rayonları, iyunun 13-də Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları, iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanı isə iyunun 17-də Bakıda baş tutacaq. Qeyd edək ki, məcburi köçkün rayonlarının işğal altında olan ərazilərinə aid ümumtəhsil məktəblərində buraxılış imtahanı onların məskunlaşdıqları şəhər və rayonların ümumtəhsil məktəbləri üçün müəyyənləşdirilmiş tarixdə olacaq.

Bu imtahanlardan keçmək o qədər də çətin deyil. Ən çətini həyat imtahanıdır, çünki burda rüşvət keçmir.

Tofiq Əliyev

O.M.