Bu gün Günəş tutulacaq

Bu gün Günəş tutulacaq

1 İyun 2011 15:14
963
Bəyəndim (0) Bəyənmədim (0)


İyunun 1-də axşam Günəşin qismən tutulması baş verəcək. Günəşin 2011-ci ildə ikinci dəfə tutulmasını Çinin şimal rayonlarında, Sibirin şərqi ərazilərində, İslandiya, Qrenlandiya və Kanadada müşahidə etmək mümkün olacaq.

NASA-nın saytında dərc olunmuş məlumatda bildirilir ki, iyunun 1-də Günəşin tutulması Sibirdə və Çinin şimalında Qrinviç üzrə saat 19.25-də (Bakı vaxtilə iyunun 2-də 00.25-də) başlanacaq. İki saat sonra Qrinviç üzrə saat 21.16-da (Bakı vaxtilə saat 02.16 dəqiqə) Günəşin tutulması maksimum həddə çatacaq. Həmin vaxt Ay Günəş diskinin 60,1 faizini örtəcək.

2011-ci ildə Günəşin dörd dəfə tutulacağı bildirilir. Bunlardan heç biri tam tutulma olmayacaq. Günəşin ilk tutulması yanvarın 4-də baş vermişdi. 2011-ci ildə Ayın ilk tutulması iyunun 15-də olacaq. Bu təbii hadisəni Hindistan, Yaxın Şərq, Afrika və Cənubi Avropa ölkələrində müşahidə etmək mümkün olacaq.

Günəşin növbəti tutulması noyabrın 25-də baş verəcək. 2011-ci ildə Ayın sonuncu tam tutulması dekabrın 10-na təsadüf edəcək. Bu hadisəni Avrasiyanın hər hansı nöqtəsindən, Avstraliyadan, habelə, Şimali Amerikanın şimal-qərb ərazilərindən müşahidə etmək mümkün olacaq.

Könül Aypara

O.M.