İranda 4 nəfər edam olunub

İranda 4 nəfər edam olunub

1 İyun 2011 15:01
1 128
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün səhər İranın Kirman əyalətinin mərkəzi həbsxanasında 4 nəfər edam olunub. Bu barədə İranın "MEHR" xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, Kirman əyaləti prokurorluğundan bildirilib ki, həmin şəxslər narkotik alış-verişi və istifadəsi ittihamı ilə edama məhkum olunublar.

Beynəlxalq KİV-in məlumatına görə, 2011-ci ilin əvvəlindən indiyədək İranda 154 nəfərdən çox şəxs edam olunub. Narkotik qaçaqmalçılığı və zorlama ittihamı ilə isə 90 nəfərdən çox şəxs edam olunub.

BMT və "Amnesty International" dəfələrlə İrandan edamların dayandırılmasını tələb edib. Hüquq müdafiəçiləri bildirirlər ki, İranda edamların sayı rəsmi statistikalardan daha çoxdur. İran dövləti edamların sayına görə, dünyada birinci yerdədir. Bu vəziyyəti dayandırmaqdan ötrü BMT fəaliyyətini gücləndirəcək.

Əslində islam dininə görə, Allahın verdiyi canı yalnız allah ala bilər.

Könül Aypara

O.M.