"Azərsu" işçi axtarır
"Azərsu" ASC-də işə qəbulla bağlı elan verilib. Qurumun mətbuat
xidmətindən verilən məlumata görə, "Azərsu" Açıq Səhmdar
Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin yaxşılaşdırılması,
uçotun və hesablaşmaların dəqiq aparılması, abunəçilərlə normal
münasibətlərin qurulması məqsədilə Bakı Sukanal İdarəsində su
təsərrüfatı nəzarətçisi peşəsi üzrə vakant yerlərə kommersiya və
iqtisadçı təhsilinə malik (orta və ali təhsilli) Azərbaycan
vətəndaşlarının işə qəbulunu elan edilir.
Maraqlananlar şəxsi məlumatlarını (CV) [email protected] e-mail ünvanına göndərə bilərlər.
İnanırıq ki, "Azərsu"da işə qəbul su kimi şəffaf aparılır.
Könül Aypara
O.M.
Digər xəbərlər