Peruda faciə baş verib

Peruda faciə baş verib

1 İyun 2011 14:03
658
Bəyəndim (0) Bəyənmədim (0)

Dünən Perunun paytaxtından Ayakuço şəhərinə yola düşən avtobus naməlum səbəbdən aşıb. Avtobusda 66 sərnişin olub: 20 nəfər dünyasını dəyişib, 10 nəfərdən çox sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Sağ qalmış sərnişinlərin sözlərinə görə, Ayakuço şəhərinə çatmağa 1 saat qalmış hansısa bir heyvan avtobusun qarşısından qaçıb. Sürücü toqquşma baş verməməsi üçün sükanı kəskin tərzdə fırladıb və avtobus aşıb. Sərnişinlər bildirirlər ki, avtobus yüksək sürətlə hərəkət edirmiş.

Bəlkə də avtobusun qabağından heyvan keçməyib, başqa bir "heyvan" qəzaya səbəb olub.

Könül Aypara

O.M.