Gəlin evlərimizin bəzəkli olmasına çalışaq!

Gəlin evlərimizin bəzəkli olmasına çalışaq!

1 İyun 2011 12:58
1 515
Bəyəndim (0) Bəyənmədim (0)
"Qərənfil" uşaq bağçasında bayram davam edir

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür! Bu münasibətlə ölkəmizin bir çox yerlərində tədbirlər təşkil olunub. Eyni zamanda, paytaxtımızın gəzməli yerlərindəki bəzi əyləncəli məkanlar pulsuzdur. Bütün bunlar məhz uşaqlardan ötrü təşkil olunub.

Nəsimi rayonunda yerləşən "Qərənfil" uşaq bağçasında da təntənəli bayram keçirilməkdədir. Bağçanın direktoru İradə xanımın tapşırığı ilə çoxlu sayda yeni velosipedlər körpələrin ixtiyarına buraxılıb. Eyni zamanda onların əhval-ruhiyyəsini qaldırmaq üçün şən klounlar da bağçaya dəvət olunub. Uşaqlar əsl bayram kefini çıxarmaqdadırlar.

Onu da əlavə edim ki, mətbəxdə bayram ruhu yaradan yeməklər də hazırlanıb. Bir azdan xüsusi olaraq şarlar və müxtəlif bəzək əşyaları ilə bəzədilmiş həyətdən içəri keçən körpələr bayram süfrəsinə əyləşəcəklər.

Uşaqlar evimizin bəzəyidirlər. Gəlin ilin yalnız bir gününü deyil, 365 gününü məhz onlara həsr edək ki, evimiz həmişə bəzəkli olsun! Allah-Taala bütün evlərə uşaq nəfəsi bəxş etsin, Amin!

Könül Aypara

O.M.