Xiyarın heç bir günahı yox imiş

Xiyarın heç bir günahı yox imiş

1 İyun 2011 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın cənubunda xiyardan keçən bakteriya ilə ölənlərin sayı 10-u aşıb. Bu ölümlərə əsl səbəb İspaniyadan idxal edilən xiyarların olduğu bildirilirdi. Ancaq bu gün xiyarların "günahsız" olduğu sübut edildi. Hamburq əyalətinin səhiyyə naziri Kornelia Prüfer Stroks bildirdi ki, ölən adamlardan alınan nümunələr göstərib ki, "EHEC" virusu idxal edilən xiyarlardan keçməyib. Hər iki bakteriyanın kökünün bir-birindən fərqli olduğu testdən sonra ortaya çıxıb. "Epidemiyanın səbəbi hələ müəyyən edilməyib", - deyən nazir əhaliyə xiyar, pomidordan qısa müddətlik də olsa uzaq durması ilə bağlı xəbərdarlıq edib.

Sən demə, xiyar çox şeyin dərmanı imiş.

Günel Həbib

O.M.