BP-dən ADNA üçün təhsilə dəstək proqramı

BP-dən ADNA üçün təhsilə dəstək proqramı

1 İyun 2011 11:07
1 142
Bəyəndim (0) Bəyənmədim (0)

BP şirkəti Neft Akademiyasının 66 tələbəsinə 2011-ci ilin xüsusi mükafatları təqdim edilib. Bu tələbələrdən 30 nəfəri akademiyaya qəbul zamanı ən yüksək bal toplamış birinci kurs tələbəsidir və onlara xüsusi mükafat kimi BP-nin kompüterləri verilib. Qalan 36 nəfər ikinci kurs tələbəsidir ki, onları BP riyaziyyat, fizika və məntiq üzrə özünün keçirdiyi texniki testləri nəticələri əsasında xüsusi olaraq seçib. Bu tələbələrə isə ingilis dili bilgilərini təkmilləşdirmək üçün BP-nin maliyyəsi ilə xüsusi təlim proqramında iştirak etmək imkanı verilib. Bu bilgilər onların texniki sahələrdəki yüksək biliklərini tamamlayacaq.

Proqram Dövlət Neft Akademiyasında neft-qaz mədən, geoloji kəşfiyyat, neft mexanikası, energetika, istehsalat proseslərinin avtomatlaşdırılması sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədi daşıyır.

Təhsilə dəstək, gənclərə kömək.

Tofiq Əliyev

O.M.