İşləməyən alimlərin pensiyaları artırılacaq

İşləməyən alimlərin pensiyaları artırılacaq

31 May 2011 16:34
Bəyəndim (0) Bəyənmədim (0)

"Əmək pensiyaları haqqında" qanuna təklif olunan əlavə və dəyişikliklər işləyən şəxslərə şamil olunmayacaqdır. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirmişdir ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan, əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssislərində azı 25 il çalışmış, elmi dərəcəsi olan, lakin işləməyən əmək pensiyaçılarının əmək pensiyalarının baza hissəsinin üzərinə - elmlər doktoru elmi dərəcəsinə görə 200, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanacaqdır. Fondun sədri demişdir ki, hazırda dövlət büdcəsindən maliyyələşən elmi-tədqiqat müəssisələrində 4500 nəfər elmlər namizədi və 1460 elmlər doktoru çalışır. Bunların hər birinin pensiya işlərinə şəxsi yanaşma olacaqdır. İkinci şərt odur ki, bu, işləməyənlərə şamil olunacaqdır. Bunun üçün 1 il ərzində 10 milyon manat əlavə vəsait tələb olunacaqdır.

Artıq, işləməyən də dişləyəcək.

Tofiq Əliyev

O.M.