Paytaxtda 76 taksi dayanacağı tikiləcək

Paytaxtda 76 taksi dayanacağı tikiləcək

31 May 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 76 taksi dayanacağı tikilməsi planlaşdırılır. Bu barədə parlamentin iclasında millət vəkili, "Azəryolservis" ASC-nin sədri Cavid Qurbanov bildirib. C. Qurbanovun sözlərinə görə, artıq bununla bağlı qərar hazırlanıb və hökumətə təqdim olunub: "Bundan başqa, prezidentin sərəncamına əsasən Bakı şəhərində 120-dən artıq dayanacaq tikilməlidir. Təəssüflər olsun ki Bakı şəhərində torpaq qalmayıb. Bəzi məmurlar torpaqları satıblar".

Görəsən, bu dayanacaqları tikməyə yer tapılacaq?

Tofiq Əliyev

O.M.