Terrorçular Estoniya dövlətindən pul tələb edir

Terrorçular Estoniya dövlətindən pul tələb edir

6 Aprel 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)
Əks halda 7 girov öldürüləcək


Bu gün Livanın "İntibah hərəkatı və islahatlar" terrorçu dəstəsi 23 martda oğurladıqları 7 eston velosipedçisi üçün Estoniya dövlətindən pul istəmişdir. Onlar tələblərini elektron məktub vasitəsilə Lebanon Files xəbər agentliyinə göndərmişlər. Həmin agentliyə istinadən məlumat yayan Regnum bildirir ki, terrorçular girovların sağ-salamat olduqlarına zəmanət veriblər. Estoniya Xarici İşlər Nazirliyi faktı rəsməb təcdiqləyib.

Tələb olunan məbləğ məlumatda göstərilməsə də, bildirilir ki, əsirlərin azad olunması üçün Livan xüsusi xidmət orqanları çalışırlar.

O.M.