Rusiya Polşaya 14 cildlik yeni məlumat ötürüb

Rusiya Polşaya 14 cildlik yeni məlumat ötürüb

6 Aprel 2011 15:42
802
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Baş Prokurorluğu Polşa tərəfinə Lex Kaçinskinin ölümü ilə bağlı daha 14 cildlik məlumat ötürüb. Bu barədə ИТАР-ТАСС xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, 2010-cu il 10 mart tarixində Smolensk ətrafında Tu-154m təyyarəsinin qəzaya uğraması nəticəsində dünyasını dəyişmiş Lex Kaçinski ilə bağlı yeni istintaq materialları toplanmışdır. Bu gün həmin materiallar Polşanın Rusiyadakı konsulluq şöbəsinin birinci məsləhətçisinə ötürülüb. Bundan əvvəl daha 28 cild Polşa tərəfinə verilmişdi. Həmin materiallarda 2 ölkə arxeoloqlarının, əməliyyatçılarının hadisə yerində apardıqları araşdırmaların nəticələri, həmçinin Polşa hərbi prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş dindirilmə prosesinin video, audio kadrları yer alır.

O.M.