Sabah evdən çıxmamışdan öncə oxuyun!

Sabah evdən çıxmamışdan öncə oxuyun!

31 May 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)
1 iyunun hava proqnozu

Sabah Azərbaycanda havanın temperaturu 31 dərəcə olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 1-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə təşkil edəcək.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, axşama doğru arabir güclənəcək. Havanın temperaturu gecə 15-19, gündüz 23-28 dərəcə təşkil edəcək.

Havanın necə olmasından asılı olmayaraq, hər havaya oynamayın.

Günel Həbib

O.M.