Bakı metrosunda bomba həyəcanı

Bakı metrosunda bomba həyəcanı

6 Aprel 2011 13:15
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun M.Əzizbəyov stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə nazirliyə məlumat daxil olmuşdur. Dərhal müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyasının ərazisində şübhəli əşya aşkar etməmişlər. Əməliyyat saat 21:07-də başa çatmış.

O.M.