31 May Ümumdünya Tütün istifadəsi ilə Mübarizə Günüdür

31 May Ümumdünya Tütün istifadəsi ilə Mübarizə Günüdür

31 May 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

21-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olub.

Tütün dünyada qarşısı alına bilinən əsas ölüm gətiricilərindən biridir və o özünün müntəzəm istifadəçilərinin 50 faizinin ölümünə səbəb olur. Bu öz istehsalçıları tərəfindən ölüm saçma məqsədilə istehsal edilən yeganə istehlak malıdır. Tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın həyatdan getməsinə səbəb olur ki, bu da orta hesabla hər altı saniyədə bir nəfərin ölümü deməkdir və bütün dünya üzrə 10 nəfər yetkin insandan birinin həyata vida etməsi deməkdir. 20-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olub. Əgər vəziyyət belə məcrada davam edərsə, 21-ci əsrdə insan ölümlərinin sayı bir milyarda çatacaq.


Tütün bu gün aparıcı ictimai səhiyyə problemlərinin arasında yeganə problemdir ki, biz bu epidemiyanın qarşısının alınması vasitələrindən xəbərdarıq və o bizim üçün əlçatmaz deyil. Dünyada ölümə gətirib çıxaran 8 vacib səbəbdən 6-sı bu risk faktoruna aiddir. Bütün dünya üzrə insanların çoxu 18 yaşından əvvəl siqaret çəkməyə başlayır və həmin insanların dörddən biri hətta 10 yaşından da öncə başlayır. İnsanlar nə qədər erkən gənclik dövründə siqaret çəkməyə başlayırlarsa, onların siqaretə öyrəşmə halı daha çox, onu tərgitmə ehtimalları isə daha azdır.

Gəncləri tütünün zərərindən qorumağın ən effektiv vasitələrindən biri tütün məhsullarının reklamına və hər hansı bir tədbirin və ya fəaliyyət növünün siqaret sənayesi tərəfindən sponsorluq etməsinə qadağa qoymaqdır.

Ümumdünya Tütün İstifadəsi ilə Mübarizə Gününü Dünya Səhiyyə Təşkilatına üzv dövlətlər 1987-ci ildə təsis ediblər. Ümumdünya Tütün İstifadəsi ilə Mübarizə Günü hər il may ayının 31-i bütün dünyada qeyd olunur.

Səhiyyə Nazirliyi xəbərdarlıq edir: Siqaret sizin cibinizin və sağlamlığınızın düşmənidir!

Günel Həbib

O.M.