Kürdəmirdə 6-cı sinif şagirdi "Kamaz"ın altında qaldı

Kürdəmirdə 6-cı sinif şagirdi "Kamaz"ın altında qaldı

31 May 2011 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Qazax yolunun 180-ci kilometrliyində, Kürdəmir rayonunun Ərşəli kəndi ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Ağcabədi şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Eyvaz Mürşüd oğlu idarə etdiyi 90 BF 554 dövlət nömrə nişanlı, "Kamaz" markalı yük maşını ilə yolu keçən piyadanı - Ərşəli kənd məktəbinin 6-cı sinif şagirdi, 1999-cu il təvəllüdlü Rzayev İmaməli Zeynal oğlunu vurub. Hadisə nəticəsində İ. Rzayev hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Tofiq Əliyev

O.M.