Fukusimanın 2 əməkdaşında radiasiyaya yüksək yoluxma qeydə alınıb

Fukusimanın 2 əməkdaşında radiasiyaya yüksək yoluxma qeydə alınıb

31 May 2011 11:16
Bəyəndim (0) Bəyənmədim (0)

Fukusima-1 atom-elektrik stansiyasının 2 əməkdaşında hökumətin müəyyən etdiyi radiasiya həddindən xeyli yüksək radiasiya səviyyəsi qeydə alınıb. Hər iki şəxsin Yaponiyada martın 11-də güclü zəlzələ baş verərkən stansiyanın 3 və 4-cü reaktorlarının nəzarət otaqlarında işlədiyi bildirilir. Həmin şəxslərin vəziyyəti ilə bağlı müvafiq yoxlama aparıldığı və hazırda səhhətləri ilə bağlı ciddi problem olmadığı açıqlanıb. Bu məlumatdan sonra Yaponiyanın səhiyyə naziri Ritsuo Hosokava Fukusima AES-də işçilərin bəzilərinin ərazini tərk etməsini tapşırıb. Stansiyanın 30-dək əməkdaşında hökumətin müəyyən etdiyi radiasiya səviyyəsindən yüksək radiasiya qeydə alınıb.

Həmçinin, Fukusima-1-in 1-ci reaktorunun aşağı hissəsində toplanmış suda radioaktiv tərkibin qəfil yüksəldiyi müəyyən edilib. Stansiyanın operatoru olan TEPKO şirkətinin verdiyi məlumata görə ötən həftənin sonu götürülən nümunə təhlili əsasında müəyyən edilib ki, radioaktiv yod, sezium və seziya izotopları konsentrasiyası reaktorların soyutma sistemlərindəki su üçün adi normadan 10 min dəfə yüksəkdir. TEPKO şirkətinin nümayəndələri hesab edirlər ki, radiasiya səviyyəsində bu cür kəskin fərq nüvə yanacağının əriməsi nəticəsində zədələnmiş reaktoru daxili kamerasından suyun sızması ilə bağlıdır. Eyni zamanda 1-ci reaktoru zirzəmisində xeyli miqdarda suyun toplanması da narahatlıq yaradıb.

Özü yıxılan ağlamaz.

Tofiq Əliyev

O.M.