Paytaxt xəstəxanasında intihar

Paytaxt xəstəxanasında intihar

31 May 2011 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtın Nəsimi rayonunda yerləşən xəstəxanada intihar hadisəsi qeydə alınıb. 1 saylı Şəhər Xəstəxanasına (keçmiş "Semaşko") müayinəyə gələn xəstə, 58 yaşlı Saleh Yusubov özünə qəsd edib. O, özünü xəstəxananın 4-cü korpusunun 3-cü mərtəbəsindən aşağı atıb. Ağır xəsarət alan S.Yusubov hadisə yerində keçinib.

Hadisənin tibb bacılarının gözü qarşısında baş verdiyi bildirilib. Belə ki, xəstəxanaya onurğa sütunundakı xəsarətlə gələn S.Yusubov həkim qəbuluna düşmək üçün dəhlizdə gözləyirmiş. Tibb bacıları ilə söhbət edən mərhum qəflətən özünü qəribə aparmağa başlayıb. "Məni çağırırlar. Kimsə məni bayırda çağırır. Onların yanına gedib, indi gələcəm" deyərək eyvana qaçıb. Ardınca gələn tibb bacılarının müdaxiləsinə baxmayaraq, S.Yusubov onların əlindən çıxıb və özünü aşağı atıb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

Şəfa ocağında özünü oda atdı.

Tofiq Əliyev

O.M.