Türkiyədə yanacaq daşıyan qatar aşıb

Türkiyədə yanacaq daşıyan qatar aşıb

31 May 2011 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə qatar qəzaya uğrayıb. Kırıkkale neft emalı zavodundan İzmitə gedən benzin və mazut daşıyan qatarın 6 vaqonu aşıb. Hadisə Kırıkkale vilayəti Bahışlı rayonunda yerli vaxtla gecə saat 23.30-da (Bakı vaxtı ilə 01.30-da) baş verib. Qəza nəticəsində aşan 6 vaqondan 3-ündə olan yanacaq yerə axıb. Hadisədən sonra yerli polis şöbəsi, təcili yardım və dövlət yanğından mühafizə xidmətinin əməkdaşları qəzanın baş verdiyi yerdə təhlükəsizlik tədbirləri görüblər. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.

Kırıkkale neft emalı zavodunun xəyalları qırıq-qırıq oldu.

Tofiq Əliyev

O.M.