İntellektual Nəqliyyat Sisteminin yerləşəcəyi binanın tikintisi başa çatmaq üzrədir

İntellektual Nəqliyyat Sisteminin yerləşəcəyi binanın tikintisi başa çatmaq üzrədir

30 May 2011 17:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda İntellektual Nəqliyyat Sisteminin yerləşəcək binanın tikintisi başa çatmaq üzrədir. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun verdiyi məlumata görə, binanın tikintisi ilə yanaşı, şəhərdə intellektual nəqliyyat sisteminin tərkib hissəsi kimi müasir monitorlar da quraşdırılır. Bu monitorlar vasitəsilə sürücülərə yazılı müraciətlər ediləcək, onlara tıxac yaratmamaq üçün məlumatlar veriləcəkdir. Bundan əlavə, bu xidmət sayəsində insanların mobil telefonuna sərnişin avtobusunun hərəkət cədvəli və gəlib-gəlməməsi ilə bağlı sms-info da daxil olacaqdır.

Nəqliyyatın intellektual idarəedilməsi sürücülərdən başlanılmalıdır.

Tofiq Əliyev

O.M.