Yanacaqdoldurma məntəqəsində iki yük maşını toqquşub

Yanacaqdoldurma məntəqəsində iki yük maşını toqquşub

30 May 2011 17:16
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda yanacaqdoldurma məntəqəsində iki yük maşını toqquşub. Qəza nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb. Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 15.00 radələrində Mehdiabad qəsəbəsi yaxınlığında qeydə alınıb. Məlumata görə, çınqıl daşıyan "MAN" markalı yük maşını qarşı tərəfdən gələn ekskavatorla toqquşub. Nəticədə "MAN" ekskavatoru 10-15 metr məsafədə kənara atıb. Hadisə zamanı ikinci maşının sürücüsü yüngül bədən xəsarəti alıb. Hadisəyə kimin səbəb olması araşdırılır.

Tofiq Əliyev

O.M.