Türklər bu il çox qazanacaqlar

Türklər bu il çox qazanacaqlar

30 May 2011 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə ilə Rusiya arasındakı viza problemi həll edildikdən sonra qonşu ölkəyə rusların axını bu il 3 qat artıb. Demək olar ki, Türkiyədə rusların sayında bir partlama yaşanır. Vizasız keçid əldə edən turistlər bir zamanlar ən populyar səyahət yerlərindən olan Misir və Tunisdən vaz keçiblər. Onlar üçün indi "tətil" sözünün yanında Türkiyənin adı çəkilir. Bu da o deməkdir ki, türklərin bu ilki turistlik hesabatında rəqəmləri əllə, gözlə saymaq mümkün olmayacaq. Bunun üçün yaxşı işlək vəziyyətdə olan kalkulyator gərəkdir.

Rus matryoşkaları türk erkəklərinə hər cəhətdən xeyir verirlər...

Günel Həbib

O.M.