Bütün dünya eşitsin!

Bütün dünya eşitsin!

30 May 2011 14:41
Bəyəndim (0) Bəyənmədim (0)
Almaniya nüvə stansiyaları ilə vidalaşır

Yaponiyanı vuran sunami və 9 bal gücündəki zəlzələdən sonra nüvə stansiyası olan bütün ölkələrdə həyəcan siqnalı çalınmağa başladı desək, yanılmarıq. Bəziləri nüvə stansiyasını təbii fəlakətlərdən qorumaq üçün tədbirlər tökdü, bəziləri onun fəaliyyətini qısa müddət də olsa dayandırdı, bəzisi isə...

Almaniya 10 il içində nüvə stansiyasını ümumiyyətlə bağlamaq qərarına gəldi. Bu şəkildə Almaniya nüvə enerjisindən vaz keçərək, digər enerji qaynaqlarına keçid alacaq və sənayeləşmiş ölkə olacaq. Qərara görə, ölkədəki 17 stansiyanın çoxunun fəaliyyəti 2021-ci ilə qədər dayandırılacaq. Ancaq bunlardan 3-ü enerji ehtiyatlarını qarşılamaq üçün 1 il daha xidmət göstərəcək. Nazir Norven Rotgen, "Qərarın dəyişilməsi mümkün olmayacaq", - deyib.

"Atom elektrik stansiyanız" yaxşı işləməsə, məqaləni yenidən oxuyun...

Günel Həbib

O.M.