"Gilavar" restoranında yanğın

"Gilavar" restoranında yanğın

30 May 2011 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 10.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, 2 saylı çağırışla hadisə yerinə 8 yanğınsöndürən maşın cəlb olunub. Yanğın məhdudlaşdırılıb, söndürülməsi davam edir. Şahidlərin verdiyi məlumata görə, hadisə nəticəsində restoranın, əsasən, dam örtüyünə ziyan dəyib. Əvvəlcə qalın tüstü yaranıb, daha sonra isə mətbəxdən dama çıxan sobanın borusundan güclü alov yayılıb. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

"Gilavar"da qara yellər əsdi.

Tofiq Əliyev

O.M.