İsveç kralını kasetlə "bitirdilər"

İsveç kralını kasetlə "bitirdilər"

30 May 2011 12:50
Bəyəndim (0) Bəyənmədim (0)

İsveçdə 16-cı kral Karl Qustavın yasaq sevgilərindən bəhs edən kitab ilk rəflərə çıxdığı həftə 20 min tirajla satılmışdı. Ancaq 35 ildir xəttə olan kralın kokainli seks partilərinə qatıldığına dair çıxan bilgilər sadəcə iddia olaraq qalmışdı. Ta ki dünənə qədər...

İsveç telekanalı TV4 kralın qadınlarla yataqda olarkən çəkilmiş görüntülərini ələ keçirdiyini açıqladı. Kanal rəhbərliyi görüntülərdəki kişinin krala çox bənzədiyini, ancaq əmin olmadıqları üçün hələlik yayımlamayacaqlarını bildirdi. Ölkənin ən nüfuzlu qəzetlərindən biri olan "Dagens Nyheter"in apardığı sorğunun nəticəsinə görə, xalq arasında krala olan etibarlılıq 44 % aşağı düşüb. İsveçdə monarxiyanın qorunmasına dəstək verənlərin faizi isə 74-dür.

64 yaşlı kralın mafiya ilə yaxın münasibətdə olduğu və hər gün küçə qadınları ilə pul qarşılığında cinsi əlaqəyə girdiyi bildirilir. Fahişəliyin qanunsuz olduğu ölkədə bütün bunlar təsdiqlənərsə, kral sadəcə qadınlarla kef çəkdiyinə görə 6 ay həbs cəzasına məhkum oluna bilər.

Xalqdan alınan bilgilərə görə, ölkədə şahzadə Viktoriyaya etibar edənlərin sayı gündən-günə artır. Bir müddət öncə idman müəllimi ilə nikah masasına oturan Viktoriya üçün "Monarxiyanı Viktoriya qurtaracaq" - deyənlər var.

Heç təsadüfi deyil ki, dünya ədəbiyyatında müsbət şah obrazına çox nadir hallarda rast gəlmək olur. Əlbəttə ki, şahmat ədəbiyyatından başqa...

Günel Həbib

O.M.