Qubada torpaq sürüşməsi baş verib

Qubada torpaq sürüşməsi baş verib

30 May 2011 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Quba rayonuna yağan güclü leysan yağışları Güləzi kəndində yenidən torpaq sürüşməsinə səbəb olub. 20 ev tamamilə uçub, 29 ev isə qəzalı vəziyyətə düşüb. Kənddə torpaq sürüşməsi ardıcıl olaraq davam edib, digər evlər də təhlükəli vəziyyətlə üzləşib. Təqribən 100 hektara yaxın bir sahəni əhatə edən torpaq sürüşməsi ərazidə keçilməz yarğanlar, 1 metr enində iri çatlar əmələ gətirib. Sürüşmə prosesi nisbətən səngisə də, əraziyə ağır texnikanın daxil olması hələ də mümkün deyil. Belə ki, torpaq sürüşməsi ilə əlaqədar olaraq kənddən keçən avtomobil yolu tamamilə yararsız hala düşüb. Bu gün Quba rayonunun Afurca kəndində də torpaq sürüşməsi qeydə alınıb. Kənd sakinlərinin verdiyi məlumata görə, kənddə 20 evə ciddi ziyan dəyib. 5 ev isə uçmaq təhlükəsi ilə üzləşib.

Torpaq da "ayağı sürüşkən"lik etməyə başlayıb.

Tofiq Əliyev

O.M.