Bir gündə 220 balina doğradılar

Bir gündə 220 balina doğradılar

29 May 2011 18:34
Bəyəndim (0) Bəyənmədim (0)

Kütləvi balina ovunun adət halı almış Faroe adaları dünən professional "qəssab"lığını nümayiş etdirdi. Balina ətinin ən çox istehlak edildiyi Syoruqota şəhərində bir gündə 220 balina ovlandı. Balıqlar limanda doğranıldıqdan sonra ambarlara paylandı.

Bu bölgədə adət halını almış balina ovundan əldə olunan ətlər xeyriyyə məqsədilə ilə paylanır. Yerli xalq balinalar doğrandıqda uşaqlarını da öyrənmələri məqsədilə limandan uzaqlaşdırmırlar. Hətta xalqın bu hərəkəti heyvan haqlarının qoruyan təşkilatların narazılığına səbəb olur.

50-100 ədədlik qruplar şəklində yaşayan balinalar əsasən okeanın dərin və soyuq sularını tərcih edirlər. Ovlamaq üçün sahilə yaxınlaşmaları onların özlərini ova çevirir.


Günel Həbib