Çində insanlar susuzdurlar

Çində insanlar susuzdurlar

29 May 2011 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin ana damarı Yanqzi çayının hövzəsindəki quraqlıq 354 milyon insanın həyatını təhdid edir.Özəlliklə ölkənin mərkəzindəki əyalətlər son 50 ilin ən quraqlıq dövrü ilə üz-üzədirlər. Çaylardakı suyun səviyyəsi anormal şəkildə azalarkən, bəzi qollar və göllər tamamilə qurudu. Jianqsu, Anhui, Hunan, Hubei kimi əyalətərdə ortaya çıxan su problemi daha da ağırlaşdı. Dünyanın ən böyük su anbarı olan Üç Boğazlardan gündə 10 min metrə kub su buraxılmağa başlandı. Səlahiyyətlilər anbarda suyun miqdarının hər gün 1 metr azaldığını vurğulayırlar.


Günel Həbib