Yaxın Şərqdə tarixi gün!

Yaxın Şərqdə tarixi gün!

28 May 2011 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Misir Qəzza sərhədindəki "Rifah" sərhəd qapısını daimi olaraq açdı. Bölgədəki müxbir ilk olaraq təxminən 15 nəfərlik bir sərnişin avtobusu ilə xəstələri daşıyan iki təcili yardımın sərhəd qapısından keçdiyini bildirib. Təxminən 400 adamın sərhəd qapısının qarşısında gözlədiyi bildirilir. Rifah sərhəd qapısının açılması ilə Qəzzaya tətbiq olunan sanksiyalar ciddi olaraq yüngülləşəcək. Misirin sabiq prezidenti Hüsnü Mübarək 2007-ci ildə Rifah sərhəd qapısından keçişlərə məhdudiyyət qoymuşdu.

1967-ci ildə Ərəb-İsrail müharibəsindən sonra ilk dəfə heç bir məhdudiyyət olmadan Misirə keçə biləcək olan qəzzalıların sərhəd qapısında viza almaları kafi olacaq.


Günel Həbib