Yay gəlir

Yay gəlir

28 May 2011 12:26
Bəyəndim (0) Bəyənmədim (0)
Temperatur 25 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə arabir güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, mayın 28-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz olacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 13-17 dərəcə isti təşkil edəcək.

Gününüz hər zaman aydın olsun...

Günel Həbib