"Facebook"un müdiri özü kəsib, özü yeyir

"Facebook"un müdiri özü kəsib, özü yeyir

28 May 2011 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Hər il müxtəlif yollara əl ataraq, özünün fərqli yönlərini kəşf edən "Facebook"un qurucusu bu dəfə də adətindən geri qalmadı. 2009-da hər gün qalstukla gəzəcəyini, 2010-da Çin dilini öyrənəcəyini söyləyən Mark Zukerberq görün bu il rəsmi səhifəsinı nə yazdı. May ayının əvvəlində Mark səhifəsinə, "Bir az bundan əvvəl bir keçi və donuz öldürdüm", - deyə yazmışdı. Zarafat sanılan bu cümləni sonradan Amerika jurnalı "Fortune" təsdiqlədi. Hətta qurucuya yardım edən aşpaz da onun bu günə qədər bir toyuq, bir keçi və donuzun başını kəsərək, sonradan yediyini bildirib. Lakin deyəsən, Mark bu sözlərinə görə peşman oldu. Ya da peşman edildi ki, səhvini düzəltmək qərarına gəldi: "Bu il yediyim yeməyə şükür edəcəyəm. Bir çoxları yediyi ət üçün bir canlının öldüyünü düşünmür. Bu il özümü vegetariyan adlandırıram".


Gəlin birlikdə Markın növbəti macəralarının yolunu gözləyək.

Günel Həbib