Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşları artırılacaq

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların maaşları artırılacaq

27 May 2011 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda bu ilin ikinci yarısından etibarən maaşların artımı gözlənilir. Bu barədə parlamentdə çıxışında maliyyə naziri Samir Şərifov bildirib.

Ölkə başçısı tərəfindən əməkhaqlarının artımı ilə bağlı hökumətə tapşırıq verildiyini deyən S.Şərifovun sözlərinə görə, büdcədən maliyyələşən bütün təşkilatlarda bu baş verəcək.

"İlk növbədə pensiya islahatları həyata keçiriləcək", - deyən nazir hazırda kiçik məmurlarla yüksək vəzifələrdə çalışan məmurların maaşlarının arasındakı fərqin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

Tofiq Əliyev

O.M.