Sərxoş şahzadə sükan arxasında

Sərxoş şahzadə sükan arxasında

27 May 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)

Exbury Gardenı ziyarət edən şahzadə Çarlz və həyat yoldaşı Kamilla onlara təqdim olunan qırmızı şərabdan daddılar. Şərab içərkən görüntülənən şahzadə sonradan parkdakı mini buxarlı qatarın sükan arxasına keçdi. Xüsusi sürücü geyimi ilə qatarı idarə edən Çarlz haqda səhəri günü "Sərxoş halda sükan arxasına keçdi", "Əvvəlcə içdi, sonra qatara mindi" kimi zarafatyana başlıqlı xəbərlər işıq üzü gördü.

Əslində, biz bu xəbərə "kaş ki, mən şah olaydım" başlığını vermək istəyirdik...

Günel Həbib

O.M.