Bakıda yeni zoopark inşa olunacaq

Bakıda yeni zoopark inşa olunacaq

27 May 2011 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda zoopark yox, heyvanxana var" - bu sözləri bu gün keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da Bakıda zoopark adı ilə fəaliyyət göstərən heyvanxananın bağlanmasını tələb edir: "Bu gün dünyada heyvanlar qapalı şəraitdə deyil, açıq ərazilərdə saxlanılır".

H.Bağırov bildirib ki, Bakıdan kənarda Qobu kəndi ərazisində müasir standartlara cavab verən zooparkın tikintisi üçün Nazirlər Kabineti keçən il 2, 8 milyon manat ayırıb. Artıq zooparkın layihələndirilməsini və tikintisini aparacaq şirkət də müəyyənləşib. Bu zooparkın tikintisinə 70-ə yaxın ölkədən mütəxəssislər cəlb olunub və artıq ilkin layihə hazırdır. Həmçinin, ilkin hazırlıqlara, təbii landşaftın hazırlanmasına və bitki örtüyünün yaradılmasına başlamaq olar.

Nazir onu da qeyd edib ki, yeni yaradılacaq zooparkda heyvanlar qəfəsdə yaşamayacaq və onları bir-birindən təbii maneələr ayıracaq.

Qeyd edək ki, yeni yaradılacaq zoopark 55 hektar ərazini əhatə edəcək.

Azərbaycanda heyvanxana olmasa da, heyvan var.

Günel Həbib

O.M.