BDU-da gənclər üçün Dialoq Məclisi keçirilib

BDU-da gənclər üçün Dialoq Məclisi keçirilib

27 May 2011 15:08
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər üçün Təhsil Mərkəzi (GTM) müxtəlif sahələrdə gənclərin fikir və rəyinin öyrənilməsi, onların düzgün istiqamətləndirilməsinə kömək etmək, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolunun artırılması üçün Dialoq Məclisi yaradılıb. Bakı Dövlət Universitetində Dialoq Məclisinin "Qloballaşma və mədəni kimlik: növbəti gediş" devizi altında ilk görüşü keçirilib. Ekspertlərin iştirakı ilə keçirilən görüşdə gənclər qloballaşma və milli mənəvi dəyərlər istiqamətində müzakirələr aparmış, öz fikirlərini bölüşmüşlər. Məclisin əsas fəaliyyət istiqamətləri ictimai əhəmiyyətli mövzuların birgə müzakirəsindən, gənclərə cəmiyyətimizin inkişafı üçün doğru yolların göstərilməsindən, maraqlı ictimai-siyasi xadimlər tərəfindən tövsiyələrin verilməsindən, müxtəlif görüşlərin təşkil olunmasından və maraqlı təkliflərlə çıxış etməkdən ibarətdir.

Könül Aypara

O.M.