Çinin super ordusu meydanda

Çinin super ordusu meydanda

27 May 2011 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Çin Xalq Cümhuriyyəti varlığını ilk dəfə qəbul etdiyi gizli ordusu ilə Qərb ölkələrini təəccübləndirdi.

Çin 30 nəfərdən ibarət özəl ordusunun varlığını ilk dəfə açıqladı. Çin Xalq Qurtuluş Ordusunun tərkibindəki bu heyət "Mavi Ordu" olaraq adlandırılır. Mavi Ordunun xarici hücumlardan qorunmaq üçün təsis edildiyi söylənilsə də, buna inananlar çox az saydadır. Çünki bu heyətin kompüter arxasında bir çox sistemləri və gizli arxivləri vərəqləyərək, sirlərin üstünü açacaqlarından qorxanlar da var. Mavi Orduda sıravi vətəndaşdan tutmuş, vəzifəli ordu məmuruna kimi - 30 nəfərin iştirak etdiyi söylənilir. Təxminən 2 il əvvəl qurulan bu ordunun qurulma planı isə 10 il bundan öncəyə dayanır.

Rəngi mavi olan ordudan çox şey gözləmək olar.

Günel Həbib

O.M.