Penitensiar Xidmətdəki bəzi su-istifadə və rüşvət faktları ilə bağlı istintaq gedir

Penitensiar Xidmətdəki bəzi su-istifadə və rüşvət faktları ilə bağlı istintaq gedir

27 May 2011 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəisi Mədət Quliyev Penitensiar Xidmətdə rüşvətxorluqla mübarizənin intensiv şəkildə aparıldığını bildirib: "İstintaq başa çatmadığı üçün konkret məlumat verə bilmirəm. Lakin Penitensiar Xidmətdə rüşvətxorluqla mübarizə aparılır. Belə faktlar aşkarlandıqda, biz onun qarşısını alırıq ".

Xidmət rəisi son bir ayda ümumilikdə 70 nəfər məhkumun vaxtından əvvəl şərti olaraq azadlığa buraxıldığını deyib: "Bu proses tam şəffaf olaraq həyata keçirilir".

M. Quliyev hazırda bəzi məhkumların ailələrinin tez-tez onlara baş çəkə bilmədiklərini qeyd edib: "Çünki cəzaçəkmə müəssisəsi həmin məhkumun ailəsinin yaşadığı ərazidən çox uzaqda yerləşir. İndi Azərbaycanda yeddi yeni cəzaçəkmə müəssisəsi tikilir. Həmin müəssisələrin tikildikdən sonra bu cür problemlər öz həllini tapacaq".

Dustaqları islah eləyənlər özləri islah olunacaq.

Tofiq Əliyev

O.M.