Ayda Dünyadakı qədər su var imiş

Ayda Dünyadakı qədər su var imiş

27 May 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

"Sciense Express" adlı jurnalda yayımlanan yeni araşdırma Ayda ehtimallardan 100 qat daha artıq su olduğunu göstərir. Araşdırmanı qələmə alan elm adamları 1972-ci ilin dekabr ayında son dəfə Aya uçan "Apollo 17"nin heyətinin oradan gətirdiyi daşların içindən su və başqa uçucu maddələrə rastlandığını bildirdilər. Ceyms Van Orman, "Milyard illər öncə Aydakı vulkanik fəaliyyətlər sayəsində səthə çıxan maqmadan alınan nümunələr bizə oradakı suyun miqdarını dəqiqləşdirmək üçün köməkçi olacaq. Ayın iç dünyası Dünyanınkına olduqca bənzəyir", - deyə söylədi. Dünyanın ilk formalaşma dönəmində bir miqdar maddə kütləsinin ayrıldığını və bu maddələrdən Ayın yarandığını düşünən elm adamları da vardır.

İmkanlı adamlar ayı su başına çevirməsələr, yaxşıdır...

Günel Həbib

O.M.