Sürücü körpüyə çırpıldı: yanan maşının içində can verdi

Sürücü körpüyə çırpıldı: yanan maşının içində can verdi

18 Fevral 2014 09:52
528
Bəyəndim (0) Bəyənmədim (0)

Saatlıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Mediainfo.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Məmmədabad kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin su kanalı üzərindəki körpünün beton arakəsməsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. Qəza nəticəsində, sürücü 1983-cü il təvəllüdlü Əhmədov Elşən Telman oğlu aldığı yanıq və bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.