"Mercedes" sərnişin avtobusunu arxadan vurub aşırdı: yaralılar var

"Mercedes" sərnişin avtobusunu arxadan vurub aşırdı: yaralılar var

18 Fevral 2014 09:39
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Suraxanı rayonunda, Heydər Əliyev prospektinin "Buta Palace" sarayına yaxın hissəsində yol nəqliyyat hadisəsi baş verib.

"10 RC 430" dövlət nömrə nişanlı "Mercedes Benz"lə "90 JR 207" nömrəli "Hyundai" markalı sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində 6 nəfər ağır yaralanıb. Yaralılar - 45 yaşlı Zakir Seyfullayev, 34 yaşlı Sulduz Hüseynov, 24 yaşlı Əminə Rəcəbova, 46 yaşlı Ulduz Abdullayeva, 17 yaşlı Fərid Ağalarov 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.

Hadisəni araşdıran Suraxanı Rayon Polis İdarəsinin müstəntiqi, polis baş leytenantı Seymur Məmmədovun verdiyi məlumata görə, "Mercedes Benz"in "Hyundai"ni arxadan vurması nəticəsində avtobus aşıb. Sürücülər ifadə vermək üçün rayon polis idarəsinə dəvət olunublar. Faktla bağlı araşdırma aparılır.